“Ermənistanla delimitasiya ilə bağlı əldə olunmuş yeni razılaşma və dörd kəndin Azərbaycana qaytarılması iki ölkə arasında normallaşma prosesinə müsbət təsir göstərib”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşün yekununa dair keçirilən birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir:
"Ümid edirik ki, bu, firavan və təhlükəsiz region üçün müsbət nəticələr verəcək. Bu gün mən həmkarım, nazir İshaq Darı regionumuzdakı münaqişədən sonrakı vəziyyət haqqında məlumatlandırdım. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və yenidənqurma işləri, eləcə də uzun müddət davam edən mina təhlükəsi barədə məlumat verdim. Mina problemi səyləri çətinləşdirir. Ancaq Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən hissəsinin delimitasiyası və Ermənistanın uzun müddət işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı bu yaxınlarda əldə olunmuş razılaşma normallaşma yolunun işinə müsbət təsir göstərir".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:50 / 30.05.2024
Ceyhun Bayramov: "4 kəndin Azərbaycana qaytarılması normallaşmaya müsbət təsir göstərib"
Hazırda oxunan: Ceyhun Bayramov: "4 kəndin Azərbaycana qaytarılması normallaşmaya müsbət təsir göstərib"
Hazırda oxunan: Ceyhun Bayramov: "4 kəndin Azərbaycana qaytarılması normallaşmaya müsbət təsir göstərib"
194834
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.