“Oğlum Şahmalını evləndirmək çox çətin məsələdir. Oğluma qız tapa bilmirik”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Sənətçi bildirib ki, övladını evləndirmək istəsə də, ona gəlin tapa bilmir:
“Maraqlıdır ki, oğlum Şahmalıya qız tapa bilmirik. Mənə desələr ki, qız tap evlən, mənim üçün “iki vur ikidir” (gülür). Mən arxayınam ki, həyat yoldaşım indi efirə baxmır”.
Qeyd edək ki, Tacir Şahmalıoğlu iki dəfə ailə həyatı qurub. Müğənni iki oğul və bir qız atasıdır.
Rəşad Əliyev, Bizim.Media