Bir neçə ay əvvəl Azərbaycan Televiziyası ilə yollarını ayıran aparıcı Xədicə Sənanqızı İtaliyaya yollanıb.
Bizim.Media xəbər verir ki, paytaxt Romanın mərkəzi küçələrini və tarixi məkanları gəzib-dolaşan televiziya ulduzu orada çəkdirdiyi foto və videolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Xədicə, həmçinin İtaliyanın şimal-şərqində yerləşən və milyonlarla turistin axın etdiyi Venesiya şəhərinə gedib. Şəhərin əsrarəngiz mənzərəsini seyr etmək üçün Sənanqızı qandollaya da minib.
Qeyd edək ki, X.Sənanqızı uzun müddət AzTV-də “Günə davam” verilişinin aparıcısı olub.
Rəşad Əliyev, Bizim.Media