Dünya liderlərindən Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Dünya liderlərindən Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Hazırda oxunan: Dünya liderlərindən Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

194745

Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Əziz Prezident.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ümidvaram ki, Estoniya ilə Azərbaycan arasında əməkdaşlıq gələcəkdə daha da dərinləşəcəkdir. Tarixin bu çətin dövründə sabitlik və yaxşı münasibətlər ən böyük dəyərdir, xüsusən də Ukraynada və Yaxın Şərqdə gedən müharibələrin bütün dünyaya dağıdıcı təsirini davam etdirdiyi və dünyada digər çoxsaylı böhranların yaşandığı bir vaxtda.

Bu xüsusda ədalətli və davamlı sülhə doğru irəliləmək, eləcə də digər qlobal çağırışlarla mübarizə aparmaq üçün əməkdaşlığımız həmişəkindən daha vacibdir.
Hörmətli Prezident, xahiş edirəm, mənim ən yüksək ehtiramımı, Azərbaycan Respublikasının, onun xalqının rifahı və firavanlığı naminə ən xoş arzularımı qəbul edin".

*** 23:00

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, həmçinin İraq Respublikasının hökuməti və xalqı adından Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin uğurla davam edəcəyinə əmin olduğumu bildirirəm.
Zati-aliləri, Sizə davamlı uğurlar və xoşbəxtlik, Azərbaycan hökumətinə tərəqqi, xalqına isə firavanlıq arzulayıram".

*** 21:04

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını milli bayram – müstəqilliyin 106-cı ildönümü münasibətilə təbrik edirəm.

Azərbaycan Respublikasının ötən onilliklər ərzində qazandığı uğurlar ölkə rəhbərliyinin seçdiyi və ümummilli dəstək alan, respublikanın beynəlxalq arenada nüfuzunun artmasının əsasına çevrilən kursun düzgünlüyünü təsdiq edir.
Xalqlarımızı çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri, etimad və tərəfdaşlıq ab-havası birləşdirir. Bu gün Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış əlaqələr qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın daha da genişlənməsinin mühüm amilidir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

*** 20:30

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.

Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".

*** 20:02

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Şadam ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər uzunmüddətli dostluq xarakteri daşıyır və ümumi maraqların yeni sahələrinə doğru genişlənir. Əminəm ki, qarşılıqlı əməkdaşlığımız ölkələrimizin vətəndaşlarının rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.

Bizim əsas dəyərlərimiz demokratiya, qanunun aliliyi, insan hüquqları və çoxtərəflilik, eləcə də davamlı gələcək naminə sabitlik, firavanlıq və həmrəylikdir.

Hörmətli cənab Prezident, Sizə, həmçinin bütün Azərbaycan vətəndaşlarına möhkəm cansağlığı, əmin-amanlıq, sabitlik, firavanlıq və uğurlu inkişaf arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO