Rəşad Məcid: “Bakıda keçirilən kitab festivalı mühüm hadisədir” - FOTO

Rəşad Məcid: “Bakıda keçirilən kitab festivalı mühüm hadisədir” - FOTO

Hazırda oxunan: Rəşad Məcid: “Bakıda keçirilən kitab festivalı mühüm hadisədir” - FOTO

194515

Xəbər verdiyimiz kimi, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 5-ci günü keçirilir. 

Festivalda Mətbuat Şurasının sədri Rəşad Məcid də iştirak edib.

Rəşad Məcid Bizim.Media-ya bildirib ki, III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çox mühüm hadisədir:
 

MÖVZU İLƏ BAĞLI:

Aşıq Pəri məclisi III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında - FOTO/VİDEO


“Mənim yadımdadır ki, ötən il də bu festival böyük coşqu ilə qarşılanmışdı və kitab bayramına çevrilmişdi. Bu il də Bakıda kitab bayramıdır, kitabsevərlər burada iştirak edirlər.

Bizim.Media-nın ötənilki fəallığı da mənim yadımdadır. Mənə xoşdur ki, bu il də yazıçılar Bizim.Media masasının ətrafında toplaşırlar. Bu bir media qurumu üçün müsbət hadisədir. Arzu edərdim ki, digər media qurumları da kitab festivallarında belə fəal iştirak etsinlər”.

Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival mayın 31-dək davam edəcək.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO