4 min manatlıq lotereya biletləri oğurlayan şəxs TUTULDU - FOTO

4 min manatlıq lotereya biletləri oğurlayan şəxs TUTULDU - FOTO

Hazırda oxunan: 4 min manatlıq lotereya biletləri oğurlayan şəxs TUTULDU - FOTO

194487

Nizami rayonunda avtomobillərdən birindən içərisində 4430 manat dəyərində lotereya biletləri, sənədlər, bank kartları və açarlar olan çanta oğurlanıb. Bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər zamanı hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Fərid Əliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir. F.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO