"Qızıl qələm" mükafatına layiq görülən yazarın imza günü keçirildi - FOTO

Hazırda oxunan: "Qızıl qələm" mükafatına layiq görülən yazarın imza günü keçirildi - FOTO

194320

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında yazar Zemfira Məhərrəmlinin imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, yazarın kitabları maraqla qarşılanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yazar Südabə Sərvinin kitabları maraqla qarşılandı - FOTO


Yazıçı kitablarında daha çox vətənpərvərlik, Qarabağ, məhəbbət mövzularına toxunduğunu deyib.

Yazar 18 kitab müəllifi olduğunu deyib.

Oxucular yazarın "Çox kiçikdir bu dünya", "Bədii düşüncədə Qarabağ", "Zəfər yolçuları", "Qızılgüllərin ətri" kitabları ilə tanış olublar. 

Yazar saytımıza açıqlamasında festivalın türk dünyası üçün önəmli olduğunu deyib. Xatırladaq ki, yazıçı-publisist uğurlarına görə Həsən bəy Zərdabi, "Qızıl qələm", Beynəlxalq Rəsul Rza və Mahmud Kaşğari mükafatlarına, habelə Şahmar Əkbərzadə ödülünə layiq görülüb. Əsərləri ingilis, rus, fars, özbək dillərinə çevrilib, Türkiyə türkcəsinə uyğunlaşdırılıb.

Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival ayın 31-dək davam edəcək.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO