Azad olunmuş ərazilərdə 204 mina zərərsizləşdirilib

Azad olunmuş ərazilərdə 204 mina zərərsizləşdirilib

Hazırda oxunan: Azad olunmuş ərazilərdə 204 mina zərərsizləşdirilib

194312

Azad olunan ərazilərdə mayın 20-26-da 32 tank əleyhinə mina, 172 piyada əleyhinə mina, 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən 1 164.9 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO