“COP29-un Bakıda keçirilməsi Azərbaycana olan marağı artırıb” - NAZİR 

“COP29-un Bakıda keçirilməsi Azərbaycana olan marağı artırıb” - NAZİR 

Hazırda oxunan: “COP29-un Bakıda keçirilməsi Azərbaycana olan marağı artırıb” - NAZİR 

194262

“Ətraf mühit savadlılığının ölçülməsinin nədən ibarət olduğu müəyyən edilməlidir. Bu da müxtəlif təhsil sistemində qarşılaşdırılmalıdır. Bu prosesin həm də praktik olaraq ölçülməsi vacibdir”.

Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev
Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib. 

Nazir qeyd edib ki, hal-hazırda 26-cı il PİSA-sında 96 dövlət iştirak edir:

“Bu bizə eyni anda bir çox məsələləri anlamaq üçün məlumat verəcək. Külli miqdarda faydalı məlumatın toplanması məktəblərə də müsbət təsir edəcək. Karbon tullantıları heç də hər ölkədə eyni cür deyil. Bu dünyanın müxtəlif qərar verən qurumlarına, universitetlərə kifayət qədər töhfə verəcək. Son illərdə dayanıqlı inkişafın bir hissəsi olaraq göstəricilər ayrı-ayrı reytinq sistemlərində ali təhsil müəssisələrindən tələb edir ki, daxili idarəetmədə bu komponent nəzərə alınsın.

COP29-un Bakıda keçirilməsi Azərbaycana olan marağı əsaslı şəkildə artırıb. Biz bu imkandan yararlanmalıyıq.
Çünki sonra bu maraq azalacaq. Yaxşı olmayan tərəf ünsiyyətlə bağlı ola bilər. Biz elə məsələlərə diqqət yönəltməliyik ki, təhsil sisteminə dayanıqlı müsbət təsir göstərsin. Eyni zamanda cənab Prezidentin təşəbbüsü ilə keçirilən bu tədbir həm də ölkənin nüfuzunun dəyişməsinə gətirib çıxarıb”. 

Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO