“Yaşıl keçid üzərindən olan yeni çağırışlar çox vacib məsələlərdən biridir. Çünki hər hansı bir ixtisas deyil, ixtisasların özündə yaşıl dəyərlərin formalaşdırılması önəmlidir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib.
Deputat bildirib ki, bu təfəkkürə malik, məsuliyyət daşıyan gələcək nəsillərin də hüquqlarını təmin etməklə, iqtisadiyyatımızı təbiətin qorunması, tullantısız iqtisadiyyatın yaradılmasına istiqamətlənən qərarlar qəbul ediləcək:
“Azərbaycan təhsil sahəsində bu çərçivədə qanunvericilik də daxil bir sıra addımlar atıb. Bu işlər sürətlə davam edəcək. Əlbəttə təkcə bu tək təhsil sahəsində deyil, cəmiyyətdə də öz əksini tapmalıdır. Yaşıl cəmiyyətin formalaşdırılması bütün tərəflərin birgə və bölüşdürülməsi məsuliyyət əsasında zəruri qərarlar qəbul etməsindən keçir. Bu istiqamətdə kifayət qədər işlər gedir. Ölkə başçısı da dəfələrlə öz çıxışlarında bu məsələyə toxunub. Fakt olaraq qarşımıza qoyan hədəflərə çatmaq üçün fəaliyyət planı hazırlanır. Həmin fəaliyyət planı bizə hədəflərə qısa zamanda çatmağa imkan verəcək".
Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:44 / 27.05.2024
Yaşıl cəmiyyətin formalaşdırılması üçün Fəaliyyət Planı HAZIRLANIR
Hazırda oxunan: Yaşıl cəmiyyətin formalaşdırılması üçün Fəaliyyət Planı HAZIRLANIR
Hazırda oxunan: Yaşıl cəmiyyətin formalaşdırılması üçün Fəaliyyət Planı HAZIRLANIR
194254
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.