Ölkəmizdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı başa çatıb.
Bizim.Media xəbər verir ki, sərbəst güləş üzrə yığmamız komanda hesabında 1-ci yeri tutub.
1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan millimiz 137 xal toplayaraq Avropa çempionu olub. Türkiyə (119) ikinci, Moldova (96) isə üçüncü yeri tutub.
Komandamızın heyətində Cəbrayıl Qadjiyev qızıl, Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız da ümumi hesabda Avropa çempionu olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:50 / 26.05.2024
Sərbəst güləş yığmamız Avropa çempionu oldu
Hazırda oxunan: Sərbəst güləş yığmamız Avropa çempionu oldu
Hazırda oxunan: Sərbəst güləş yığmamız Avropa çempionu oldu
194211
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.