Ermənistanın 2 bölgəsi su altında qaldı - Paşinyan ƏRAZİDƏ - FOTO/VİDEO

Ermənistanın 2 bölgəsi su altında qaldı - Paşinyan ƏRAZİDƏ - FOTO/VİDEO

Hazırda oxunan: Ermənistanın 2 bölgəsi su altında qaldı - Paşinyan ƏRAZİDƏ - FOTO/VİDEO

194170

Ermənitanın Lori və Tavuş vilayətlərində daşqın zonasından 73 nəfər xilas edilib, daha 190 nəfər təxliyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Daxili İşlər Nazirliyi yayıb.

Mənbə yazır ki, seldən zərər çəkmiş yaşayış məntəqələrində təxliyə mərkəzləri yaradılmayıb.

Ərazi İdarəetmə Nazirliyi “Sputnik Ermənistan”a bunun hələ lazım olmadığını bildirib.

“Qohumlar gəlib təxliyə olunanları evlərinə aparırlar”, - deyə nazirlikdən bildirilib. 

Son anda verilən məlumata görə, erməni xilasediciləri daha bir qurbanı Sənahin körpüsü yaxınlığından çıxarıblar. Onun şəxsiyyəti hələlik müəyyən edilməyib.

Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində ümumilikdə iki nəfər ölüb.

Təbii fəlakətlər bağlı baş nazir Nikol Paşinyan Alaverdiyə gedib və daşqından zərər çəkmiş əhali ilə söhbət edib.

Xatırladaq ki, daşqınlar Lori və Tavuş bölgələrində internet və telefon rabitəsinin kəsilməsinə səbəb olub.

Yüksək Texnologiyalar Sənayesi Nazirliyindən verilən məlumata görə, buna səbəb fiber-optik kabelin və mobil telefon stansiyasının zədələnməsi olub.
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO