Ərini öldürən qadın azad olundu – Mələyin görüntüləri – ANBAAN VİDEO

Ərini öldürən qadın azad olundu – Mələyin görüntüləri – ANBAAN VİDEO

Hazırda oxunan: Ərini öldürən qadın azad olundu – Mələyin görüntüləri – ANBAAN VİDEO

19416

Türkiyə məhkəməsi Mələk İpəyi azadlığa buraxıb. 

Bizim.Media “euronews”a istinadən xəbər verir ki, ərini tüfənglə öldürən Mələk İpək aprelin 27-i gecə saatlarında bəraət qazanıb və azadlığa qovuşub.

Xatırladaq ki, yanvarın 30-u həyat yoldaşını öldürən Mələk səbəb kimi, ərinin onu saatlarla döydüyünü və ölümlə hədələdiyini göstərib.

Mələyin sözlərinə görə, həyat yoldaşı onu və iki qızını qətllə təhdid edirdi. 

Uzun illər atalarından amansızlıq görən iki qız övladın ifadələrini də nəzərə alan məhkəmə insidenti özünü müdafiə kimi xarakterizə edərək cinayət tərkibi olmadığını açıqlayıb. Amma bundan qabaq prokurorluq Mələyə 6 il həbs cəzası tələb edirdi.

Övladları və azadlığa qovuşan mələk müsahibəsində “mənim keçirdiklərimi sözlə təsvir etmək mümkün deyil” - deyib.

Onun övladlarına qovuşma və müsahibəsi olan görüntüləri təqdim edirik. 

Bizim.Media 
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO