Boksçumuz lisenziya turnirində polşalı rəqibini məğlub etdi

Boksçumuz lisenziya turnirində polşalı rəqibini məğlub etdi

Hazırda oxunan: Boksçumuz lisenziya turnirində polşalı rəqibini məğlub etdi

194153

Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.

Bizim.Media xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü ilk görüşündə polşalı Bartlomey Roskovijlə qarşılaşıb.

Həsənov hər 3 raundu xeyrinə bitirib.

5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz 1/16 finala yüksəlib. O, ikinci görüşündə Çol Man Çoe (Şimali Koreya) ilə üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.

Qeyd edək ki, bu gün axşam sessiyasında Sərxan Əliyev (71 kq) də rinqə çıxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO