Azərbaycan vətəndaşı olmaq istəyirəm - Əfv olunan əfqanıstanlı

Azərbaycan vətəndaşı olmaq istəyirəm - Əfv olunan əfqanıstanlı

Hazırda oxunan: Azərbaycan vətəndaşı olmaq istəyirəm - Əfv olunan əfqanıstanlı

194129

“Biz üç nəfər həbs olunmuşduq. İndi ikimiz azadlığa qovuşuruq. Burada vətəndaşlıq alıb yaşamaq istəyirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri mayın 26-da Prezident İlham Əliyevin imzaladığı Əfv sərəncamına əsasən azadlığa çıxan Əfqanıstan vətəndaşı Həbibi Mutyullah Əbdülmətin jurnalistlərə deyib.

Əfqanıstan vətəndaşı əfv olunduğu üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, o, Astara Rayon Məhkəməsinin 2023-cü il 13 sentyabr tarixli hökmü ilə məhkum edilmişdi.

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində icra olunur. Məhbusların cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən üç nəfər azadlığa buraxılıb. Onların hər üçü əcnəbidir. İki nəfər Əfqanıstan, bir nəfər isə Rusiya vətəndaşıdır.

Ümumilikdə sərəncamla əfv olunanlar sırasında səkkiz nəfər əcnəbi vətəndaş var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO