Əfv olunan qadın: Buradan çıxan kimi ilk gedəcəyim yer övladlarımın yanıdır - FOTO

Əfv olunan qadın: Buradan çıxan kimi ilk gedəcəyim yer övladlarımın yanıdır - FOTO

Hazırda oxunan: Əfv olunan qadın: Buradan çıxan kimi ilk gedəcəyim yer övladlarımın yanıdır - FOTO

194127

Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmuşdum. Doqquz il cəza almışdım, 6 ildir cəza çəkirdim. Prezident İlham Əliyevin əfv Sərəncamına əsasən üç il çəkəcəyim cəzadan azad olundum. Mənim üçün gözlənilməz oldu. Azadlığa çıxacağımı eşidəndə keçirdiyim hissləri ifadə edə bilmirəm.

Bizim.Media xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Gülüş Fətəliyeva jurnalistlərə deyib.

“Humanist yanaşmaya görə, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Üç balama və ailəmə qovuşdum. Altı aydır ki, övladlarımı görmürdüm. Buradan çıxan kimi ilk gedəcəyim yer övladlarımın yanıdır”, - deyə G.Fətəliyeva bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO