İntellektual məktəb çempionatı keçirildi - FOTO

İntellektual məktəb çempionatı keçirildi - FOTO

Hazırda oxunan: İntellektual məktəb çempionatı keçirildi - FOTO

194104

Məmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş "Bir kəsə yüksələn bayraq" adlı intellektual məktəb çempionatının zona mərhələsi başa çatıb.

Bizim.Media-nın yerli bürosu bildirir ki, intellektual yarışda Şəki -Zaqatal Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri iştirak edib.  

Şəki şəhər 12 nömrəli tam orta məktəbdə keçirilən çempionatda hər rayondan (şəhər) bir komanda iştirak edib.

Yarışın yekun nəticəsinə əsasən, Zaqatala rayonunun "Dəmir yumruq" komandası zona turunun qalibi olub. Qalib komanda kubok və medallarla mükafatlandırılıb.

Qeyd edək ki, çempionatın keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək və onların müxtəlif sahələrdə dərin biliklərə sahib olmalarını dəstəkləməkdir.






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO