ABŞ-ın Ermənistandakı səfirindən İrəvanı məyus edən AÇIQLAMA

ABŞ-ın Ermənistandakı səfirindən İrəvanı məyus edən AÇIQLAMA

Hazırda oxunan: ABŞ-ın Ermənistandakı səfirindən İrəvanı məyus edən AÇIQLAMA

19401

ABŞ-ın Ermənistana verdiyi hərbi yardım Azərbaycana edilən yardımdan fərqli olaraq məhduddur, çünki rəsmi İrəvan KTMT üzvüdür. 

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi “Azatutyun” radiosuna verdiyi müsahibəsində bildirib.

ABŞ-ın yüz milyonlarla dollar müqabilində Bakıya hərbi yardım göstərməsini şərh edən səfir deyib ki, bu, hərbi yardım deyil, Azərbaycanın İranla sərhədinin təhlükəsizliyini təmin etmək üçün terrorizmlə mübarizəyə yönələn yardımdır:
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın Ermənistandakı səfiri ruspərəst qüvvələri əsəbləşdirdi


“Hansı ki, bu, ABŞ-ı və Azərbaycanı ciddi narahat edir”.

ABŞ-ın Ermənistana hərbi yardımına gəlincə, diplomat xatırladıb ki, Ermənistan KTMT üzvü olduğundan hərbi yardıma çox ciddi məhdudiyyətlər tətbiq edilib.

Eyni zamanda Treysi əminliklə bildirib ki, ABŞ "sərhəd təhlükəsizliyi və ya terrorizmlə mübarizə sahəsində" əməkdaşlıq çərçivəsində Azərbaycana yüksək texnologiyalar verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO