Sevda Əliqızı:

Sevda Əliqızı: "Dedilər ki, xəstədir ona görə lirik mahnılar oxuyur" - VİDEO

Hazırda oxunan: Sevda Əliqızı: "Dedilər ki, xəstədir ona görə lirik mahnılar oxuyur" - VİDEO

193893

Əməkdar artist Sevda Əliqızı həmkarının iradı ilə üzləşdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "7 tamam" verilişində deyib.

Proqramın aparıcısı Nanə Ağamalıyevanın "Sevda xanım hansı mahnını verilişimizdə oxuyacaqsınız?" sualına Sevda belə cavab verib:

"Bu gün lirikaya qətiyyən yer verməyəcəyəm. Bu gün pozitiv notlarda mahnılar oxumaq istəyirəm. Pozitiv olmaq istəyirəm. Çünki keçən səfər bu verilişdə lirik nəğmə ifa etdim, bir həmkarım iradını bildirdi.Dedi ki, "Sevda xəstədir, özünə aid mahnı oxudu". Mən də dedim ki, bunun heç bir adiyyatı yoxdur. Xoşuma gələn mahnıdır. İllərdir ki, bu mahnını ifa edirəm. Bəlkə də pis məna ilə deməyib. Mən heç bu mahnını özümə aid etməmişəm. Əksinə, çox gözəl bir mahnıdır. Mahnıda "öləndə torpağa tapşırma məni" sözləri var. "Son mənzil olacaq torpağım sənsən"".

Qeyd edək ki, ötən ilin sonunda süd vəzinin onkoloji xəstəliyindən əziyyət çəkən müğənni Sevda Əliqızı əməliyyat olunmuşdu.
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO