Məhkəmə ömürlük həbs edilən DİN-in keçmiş şöbə rəisi ilə bağlı QƏRAR VERDİ 

Məhkəmə ömürlük həbs edilən DİN-in keçmiş şöbə rəisi ilə bağlı QƏRAR VERDİ 

Hazırda oxunan: Məhkəmə ömürlük həbs edilən DİN-in keçmiş şöbə rəisi ilə bağlı QƏRAR VERDİ 

193847

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi, Hacı Məmmədovun cinayət işi üzrə həbs olunaraq ömürlük azadlıqdan məhrum edilən Kamil Sədrəddinov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Qaradağ rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən, onun şikayəti təmin edilməyib. 

Qeyd edək ki, Kamil Sədrəddinov DİN-in Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin rəisi olub. O, 2005-ci ildə DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsinə qarşı keçirilən “Qara kəmər” əməliyyatı çərçivəsində tutulub. 
Kamil Sədrəddinov Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. 

Prezident İlham Əliyevin 2019-cu il martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə onun ömürlük həbs cəzası 20 il həbs cəzası ilə əvəzlənib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO