Xəbər verdiyimiz kimi bu gündən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı öz işinə başlayıb.
Paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın binasının qarşısındakı parkda təşkil olunan festivalda yazar Etibar Həsənzadənin kitabları təqdim olunub və yazıçının imza saatı keçirilib.
Bizim.Media-nın masasında təqdim olunan Prezident təqaüdçüsü olan müəllifin “Şəhid olacağam, ana”, “Bir hekayət romanı”, “Gecikmiş etiraf”, “Vətən uğrunda” adlı kitabları böyük maraqla qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
Şair İlham Qəhrəmanın imza günü KEÇİRİLDİ – FOTO
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
AMEA-nın parkında (Hüseyn Cavid prospekti) səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq.
Məlumat üçün onu bildirək ki, festivalda türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil olunacaq.
Eyni zamanda müxtəlif nəşriyyatların yeni nəşrləri və tətbiqi sənət üzrə əl işlərindən ibarət sərgisi də təqdim ediləcək.
Bizim.Media