"Ucqar yerlərdə olan maraqlı abidələrin tanıdılmasına ehtiyac var" - Fərhad Quliyev

Hazırda oxunan: "Ucqar yerlərdə olan maraqlı abidələrin tanıdılmasına ehtiyac var" - Fərhad Quliyev

193631

"Arxeoloji parklar ideyası yeni bir layihədir. Biz bu təklifləri Dövlət Turizm Agentliyinə vermişik. O cümlədən, Mədəniyyət Nazirliyi ilə sıx əlaqədə işləyirik".

Bizim.Media xəbər verir ki, bunu AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev jurnalistlərə açıqlaması zamanı deyib.

O, Arxeoloji parklar layihəsinin Azərbaycanın abidələrinin tanıdılması üçün çox maraqlı platforma olduğunu bildirib:

"Təkcə paytaxtda deyil, daha çox bölgələrimizin tarixi keçmişinin tanıdılması üçün bu cür layihələrin tərəfindəyik. Ucqar yerlərdə elə maraqlı abidələr var ki, onların tanıdılmasına böyük ehtiyac var. Mədəni irs sahəsində çalışan hər kəsin abidənin mənsub olduğu dövrü göstərmək üçün mütəxəssislərin iştirakı mütləqdir".

Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO