Son illərdə piylənmədən və artıq çəkidən əziyyət çəkən bir çox insan mədəkiçiltmə əməliyyatlarına üz tuturlar. İnsanların böyük əksəriyyəti isə mədəkiçiltmə əməliyyatlarının xərçəng riski yaratdığı fikrindədirlər. Əslində mədəsini kiçiltdikdən sonra xərçəng xəstəliyinə tutulub dünyasını dəyişən bir sıra məşhurlarla bağlı faktlar bu fikirləri möhkəmləndirib.
Bəs doğurdan da mədəkiçiltmə əməliyyatı etdirənlərin xərçəng olma riski varmı?
Bariatrik cərrah Taryel Ömərov Bizim.Media-ya bildirib ki, mədəkiçiltmə etdirən heç kəs xərçənglə mübarizə aparmaq məcburiyyətində deyil və belə bir elmi fakt yoxdur:
“Dünyanın heç yerində belə bir fakt yoxdur ki, mədəkiçiltmə etdirən kimdəsə xərçəng və ya başqa patologiya yaransın. Bunlar hamısı absurd və şou xarakterli nağıldır. Piylənmə özü ağır xəstəlikdir, qeyri-infeksion xəstəliklərin təsnifatında yer alır. Çünki piylənmədən sonra insanda şəkərli diabet, ürək-damar xəstəlikləri, yağlı qaraciyər sindromu və s. yaranır”.
Cərrah hətta qeyd edib ki, piylənən insanlar arıq insanlara 2.5% nisbətdə daha çox onkoloji xəstəliklərə tutulurlar:
“Yəni mədəkiçiltmənin xərçəng yaratması kimi fikirləri irəli sürənlər sanki istəyirlər ki, insanlar piylənmə xəstəliyindən əziyyət çəksinlər. Son 11 il ərzində ölkəmizdə 8 min 700-dən çox mədəkiçiltmə əməliyyatı olunan xəstə var. Əgər onların ikisində və ya üçündə xərçəngə tutulma faktı varsa, bunu müzakirə etmək olar. Bu əməliyyat bütün dünyada qəbul olunmuş, standartlara daxil olmuş və 25 ildən çoxdur ki, 62 ölkədə protokollu tətbiq olunan əməliyyatdır”.
Qeyd edək ki, cərrah sözügedən fikirlərlə razılaşmasa da, toppuş bacı kimi tanıdığımız aktrisa Tünzalə Əliyeva və Azərbaycan Televiziyasının əməkdaşı 24 yaşlı Vüqar Rəsulov məhz mədəkiçiltmə əməliyyatından sonra xərçəng olaraq dünyasını dəyişiblər.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
COP29
09:00 / 23.05.2024
Mədəkiçiltmə əməliyyatı etdirənlərin xərçəng olma riski var? – Cərrahdan maraqlı AÇIQLAMA
Hazırda oxunan: Mədəkiçiltmə əməliyyatı etdirənlərin xərçəng olma riski var? – Cərrahdan maraqlı AÇIQLAMA
Hazırda oxunan: Mədəkiçiltmə əməliyyatı etdirənlərin xərçəng olma riski var? – Cərrahdan maraqlı AÇIQLAMA
193471
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.