İran Prezident Administrasiyasının rəisi Qulamhüseyn Esmaili helikopter qəzasından sonra Təbriz şəhərinin imam cüməsi Ayətulla Əli Al Haşımla 3-4 dəfə telefonla danışdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Esmaili bu barədə İran dövlət televiziyasına müsahibəsində deyib.
“Bildirdilər ki, pilotun, kapitan Mostafinin mobil telefonu ilə rabitə yaradılıb. Lakin onun telefonuna Ayətulla Haşım cavab verdi. Ayətulla bildirdi ki, onlar dərəyə düşüblər, özünü pis hiss edir”, - deyə Administrasiya rəhbəri vurğulayıb.
Esmaili qəzadan sonra 3-4 saat ərzində ən azı üç dəfə Ayətulla Haşımla danışdığını bildirib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmi şəxslərin göyərtəsində olduğu helikopter mayın 19-da ölkə ərazisində qəzaya düşüb.
Qəza nəticəsində helikopterdəkilərin hamısı həlak olub.
Onlar bu gün dəfn olunacaq.
Qəzanın səbəbləri araşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Region
09:57 / 22.05.2024
Prezident Administrasiyasının rəisi: Qəzadan sonra Təbrizin imam cüməsi ilə 3 dəfə telefonla əlaqə saxlamışam
Hazırda oxunan: Prezident Administrasiyasının rəisi: Qəzadan sonra Təbrizin imam cüməsi ilə 3 dəfə telefonla əlaqə saxlamışam
Hazırda oxunan: Prezident Administrasiyasının rəisi: Qəzadan sonra Təbrizin imam cüməsi ilə 3 dəfə telefonla əlaqə saxlamışam
193406
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.