Daha bir rusiyalı general dələduzluğa görə HƏBS OLUNDU

Daha bir rusiyalı general dələduzluğa görə HƏBS OLUNDU

Hazırda oxunan: Daha bir rusiyalı general dələduzluğa görə HƏBS OLUNDU

193313

Rusiya Silahlı Qüvvələrinin 58-ci Ordusunun keçmiş komandanı, general-mayor İvan Popov dələduzluqda şübhəli bilinərək həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.

Mənbə qeyd edir ki, general cəbhədə müdafiə xəttinin çəkilməsi üçün nəzərdə tutulan təxminən 100 milyon rubl (1,1 milyon dollar) dəyərində iki min ton metal konstruksiyanı qanunsuz satmaqda ittiham olunur.

İstintaqın məlumatına görə, Popov və onun iki şəriki - Krasnodar diyarından olan sahibkar və Cənub Hərbi Dairəsinin zabiti bir neçə min ton metal satıblar. Material 58-ci Ordunun mühəndis strukturlarının tikintisi üçün nəzərdə tutulmuşdu.
2023-cü ilin yayında Popov komandanlıqdan uzaqlaşdırılaraq Suriyaya göndərilib. Bir müddət sonra o, xüsusilə böyük miqyasda dələduzluq işi üzrə dindirilmək üçün Moskvaya çağırılıb. Əvvəlcə Popovun müavini əsas şübhəli olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO