3 güləşçimiz Avropa çempionatında yarımfinala YÜKSƏLDİ

3 güləşçimiz Avropa çempionatında yarımfinala YÜKSƏLDİ

Hazırda oxunan: 3 güləşçimiz Avropa çempionatında yarımfinala YÜKSƏLDİ

193275

Azərbaycanın 3 yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

Bizim.Media xəbər verir ki, Nihad Quluzadə (60 kiloqram), Ruslan Nurullayev (72 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Fərahim Mustafayev (67 kiloqram) 1/4 finalda, Murad Əhmədiyev (97 kiloqram) isə təsnifat mərhələsində məğlub olublar. Onların uduzduqları rəqiblər finala çıxarlarsa, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərdə iştirak hüququ əldə edəcəklər.

Bu gün, həmçinin yığmanın 4 üzvü medal görüşünə çıxacaq. Rəşad Məmmədov (55 kiloqram) üçüncü yer uğrunda ukraynalı İvan Stefanskini, Ziya Babaşov (63 kiloqram) və Xasay Həsənli (77 kiloqram) finalda müvafiq olaraq, moldovalı Vitali Yeriomemko və türkiyəli Yüksəl Sarıçiçeki, Laçın Vəliyev (87 kiloqram) isə təsəlliverici qarşılaşmada rumıniyalı Patrik Qordanı sınağa çəkəcək.

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO