DİN Neftçalada əməliyyat keçirdi: Saxlanılan var – FOTO  

DİN Neftçalada əməliyyat keçirdi: Saxlanılan var – FOTO  

Hazırda oxunan: DİN Neftçalada əməliyyat keçirdi: Saxlanılan var – FOTO  

193192

Neftçalada narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Qəbələ rayon sakini Dəyanət Mirzəyev saxlanılıb. 

Ondan 1 kiloqramdan artıq tiryək və heroin aşkarlanıb. Araşdırmalar zamanı D.Mirzəyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib. 

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 
Araşdırmalar davam etdirilir. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO