Rasim Məmmədovu cəzalandıran kimdir? - Zərərçəkmişdən yeni İDDİALAR

Rasim Məmmədovu cəzalandıran kimdir? - Zərərçəkmişdən yeni İDDİALAR

Hazırda oxunan: Rasim Məmmədovu cəzalandıran kimdir? - Zərərçəkmişdən yeni İDDİALAR

19311

"Baku steel Company”-nin keçmiş rəhbəri Rasim Məmmədov haqqında yazdığım şikayət və izahatdan sonra qanunun tələb etdiyi müddət ərzində digər prosedur addımlar atılmayıb.  Hələ də zərərçəkmiş şəxs kimi tanınmamışam”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında zərərçəkmiş, iqtisadçı-alim Nazim Bəydəmirli “Baku Steel Company”nin keçmiş rəhbəri tərəfindən ona vurulan külli miqdarda ziyandan danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Rasim Məmmədov 4 aylıq həbs edildi


Onun sözlərinə görə Rasim Məmmmədov həbs olunduqdan sonra zərərçəkmiş kimi tanınmağı üçün Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) ərizə ilə müraciət edib. Eyni zamanda DTX-nə dəvət olunaraq ifadə verib:

“Təssüf ki, qanunla müəyyən olunmuş qaydada zərərçəkmiş kimi tanınmağımla bağlı hələki mənə məlumat verilməyib. Rasim Məmmədovla, eləcə də istintaqın nəticələri ilə bağlı məsələlərin tez bir zamanda  ictimaiyyətə açıqlanmasının faydalı olduğunu düşünürəm. Hüquq mühafizə orqanları cəmiyyətin ictimai diqqətində olan bu tip həbslər və istintaqı ilə bağlı məlumatlarla mütəmadi olaraq Azərbaycan cəmiyyətini xəbərdar etməlidirlər.
 

Bu işlər şəffaf araşdırılmalıdır ki, başqaları üçün nümunə olsun. Dövlət orqanları konstitusiya ilə vətəndaşların hüquq və vəzifələrini müdafiə etmək, şikayətçilərə cavab vermək üçün fəaliyyət göstərirlər.


Vətəndaş və sahibkar olaraq mənə vurulmuş ziyanın ödənilməsini tələb edirəm. Hesab edirəm ki, hüquq-mühfizə orqanları “məmur-sahibkarlığ”ını qorumamaqla məşğul olmamalıdır. Həm də qanuna müvafiq olaraq fəaliyyət göstərməlidirlər”.  

Zərərçəkmiş xatırladıb ki, 2012-ci ilin iyun ayında “Baku Steel Company” şirkətinin sahibi kimi özünü qeyd edən Rasim Məmmədov müxtəlif istehsal sahələrinə hücum təşkil edib:

“O cümlədən də mənim sahibi olduğum Türkiyə-Azərbaycan birgə müəssisəsi olan “Ataxan” Dəmir Sənaye MMC-yə hücum etmişdi. Bizim müəssisəyə külli miqdarda ( 5 milyon manat) ziyan vurmuşdu. Qeyd edim ki, o vəsaitləri xeyriyyə məqsədi üçün torpaqlarımızı qanları, canları hesabına qaytaran igidlərimizə xərcləməyi düşünürəm.
 

Mən indi bilmirəm ki, Rasim Məmmədovu hansı səbəbdən həbs ediblər. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) açıqlamasında göstərilirdi ki, həm də metallurgiya sahəsində fiziki və hüuqi şəxslərə ziyan vurduğuna və inhisarçılıq yaratdığına görə həbs edilib.


Hesab edirəm ki, cəmiyyətdə uzun müddət diqqət mərkəzində olmuş bu hadisələr, mənimlə və digər şəxslərlə bağlı məsələlər araşdırılmalıdır. Rasim Məmmədovla bağlı istintaqın necə aparıldığından məlumatsızam. Həmçinin ictimaiyyət də məlumatlı deyil. Belə anlaşılır ki, Rasim Məmmədovu “Baku Steel Company” nin qeyri-rəsmi sahibləri cəzalandırırlar”.

Qeyd edək ki, Rasim Məmmədov DTX tərəfindən həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb.

Səbael rayon məhkəməsinin qərarı ilə "Baku Steel Company"nin rəhbəri Rasim Məmmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Həbs müddətinin 3 ayı bitmək üzrədir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO