"İƏT Modeli – 2024” proqramında COP29-dan bəhs edilib – FOTO  

Hazırda oxunan: "İƏT Modeli – 2024” proqramında COP29-dan bəhs edilib – FOTO  

193096

Məlum olduğu kimi, “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinə növbəti 2024-cü il mərhələsi öz işini davam etdirməkdədir. İslam Əməkdaşlıq Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihədə hazırda 100-dən çox gənc iştirak edir.  

Bizim.Media xəbər verir ki, builki proqramın əsas mövzusu COP29, ətraf mühitin qorunması və yaşıl dünya problemlərinə həsr olunub. 

Belə ki, bu yaxınlarda keçirilən mühazirələr çərçivəsində Birləşmiş Ərəb Əmirliyinin Azərbaycandakı səfiri Məhəmməd Murad Əl Blaşi “COP 28 dövründə BƏƏ-nin iqlim diplomatiyasında liderliyi”, Braziliyanın Azərbaycandakı səfiri Manuel Lopes da Kruz “COP30-a gedən yolda çağırışlar və imkanlar”, Azərbaycan Respublikasının millət vəkili, BMT-nin Azərbaycan COP29 iqlim dəyişikliyi üzrə yüksək səviyyəli nümayəndəsi Nigar Arpadarai və Azərbaycan COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova “İqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolu və yaşıl dünyanın qorunması: Azərbaycanın COP29 siyasəti” mövzuları üzrə çıxış ediblər.

Mühazirəçilər tələbələrin müxtəlif suallarını cavablandırıb. 

Qeyd etmək lazımdır ki, İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.

2 ay ərzində keçirilmiş mühazirələrdən sonra tələbələr “İƏT Modeli XİN konfransı” adlanan simulyasiya oyunlarında iştirak edir və münsiflər heyətinin qərarı ilə xarici dil qabiliyyəti və xüsusi yaradıcılıq bacarığı ilə seçilən tələbələr “Beynəlxalq İƏT Modeli” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanırlar.  
Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə ümum-İƏT miqyasını əhatə edən və 40-dan artıq İƏT-ə üzv ölkə nümayəndələrinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında Azərbaycanı layiqli şəkildə təmsil ediblər. 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO