Artilleriya bölmələrimiz şərti düşmən hədəflərini məhv etdi – VİDEO  

Artilleriya bölmələrimiz şərti düşmən hədəflərini məhv etdi – VİDEO  

Hazırda oxunan: Artilleriya bölmələrimiz şərti düşmən hədəflərini məhv etdi – VİDEO  

193072

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə keçirilən döyüş atışlı taktiki təlim başa çatıb. 

Müdafiə Nazirliyində Bizim.Media-ya verilən məlumata görə, təlimin planına əsasən, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması, şərti düşmən hədəflərinin aşkar olunaraq dəqiq atəşlə məhv edilməsi, eləcə də qarşıya qoyulan digər tapşırıqları müvəffəqiyyətlə icra ediblər. 

Əsas diqqətin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də döyüş əməliyyatları zamanı digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilinə yönəldildiyi təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO