Polis Ağcabədidə əməliyyat keçirdi: 20 nəfər saxlanıldı - FOTO

Polis Ağcabədidə əməliyyat keçirdi: 20 nəfər saxlanıldı - FOTO

Hazırda oxunan: Polis Ağcabədidə əməliyyat keçirdi: 20 nəfər saxlanıldı - FOTO

193007

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mürsəl Nuruzadə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ondan bir kiloqrama yaxın metamfetamin aşkarlanıb.

Son 1 ay ərzində Ağcabədidə keçirilən tədbirlərlə narkotiklərlə əlaqəli daha 20 nəfər saxlanılıb.

Həmin şəxslərdən biri - Vasif Əlizadənin rayon ərazisində 620 metr uzunluğunda optik rabitə kabelini oğurlayaraq satdığı da müəyyən edilib. Oğurlanan kabellərin bir qismi maddi sübut kimi həmin şəxsdən götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO