“Sputnik V” Türkiyədə istehsal ediləcək

“Sputnik V” Türkiyədə istehsal ediləcək

Hazırda oxunan: “Sputnik V” Türkiyədə istehsal ediləcək

19298

Rus peyvəndi "Sputnik V" Türkiyədə istehsal ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondu məlumat yayıb. Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBIF) və Türkiyənin əczaçılıq şirkəti Viscoran İlaç Türkiyədə “Sputnik V” koronavirus peyvəndi istehsalına dair razılığa gəliblər.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə jurnalist aləmi qatdı – Rus peyvəndinin istehsalı təsdiqlənməyib


RBIF rəhbəri Kirill Dmitriyev Viscoran İlaç ilə razılaşmanın istehsal güclərinin genişləndirilməsinə və “Sputnik V” peyvəndinin beynəlxalq tədarükünün təmin olunmasına yönəldiyini qeyd edib.

O, Fondun Asiya, Latın Amerikası, Avropa və MDB-nin aparıcı əczaçılıq şirkətləri ilə müqavilələr bağladığını və bunun sayəsində 60-dan çox ölkədəki insanlar üçün etibarlı, təsirli rus peyvəndi əldə ediləcəyini vurğulayıb. 
 

“Peyvənd istehsalı, lisenziyalaşdırma prosesləri, saxlama və paylama məsələləri barədə razılığa əlavə olaraq, peyvəndin klinik sınaqları da çox uğurla davam edib. Bu, Rusiya ilə əməkdaşləığımızın bir hissəsidir.


Dünyanın hər yerində müzakirə mövzusu olan bu cür əhəmiyyətli bir dərmanın istehsalına töhfə vermək fürsətindən məmnunuq” , deyə  Viscoran İlaç qeyd edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO