Yevlaxda keçmiş məhkum özündən 20 yaş kiçik arvadını qətlə yetirib - TƏFƏRRÜAT

Yevlaxda keçmiş məhkum özündən 20 yaş kiçik arvadını qətlə yetirib - TƏFƏRRÜAT

Hazırda oxunan: Yevlaxda keçmiş məhkum özündən 20 yaş kiçik arvadını qətlə yetirib - TƏFƏRRÜAT

192970

Yevlax şəhərində törədilmiş qətlin bəzi təfərrüatları məlum olub.

Bizim.Media xəbər verir ki, Yevlax şəhər, Elçin Ağayev küçəsində yerləşən fərdi evlərin birində 1984-cü il təvəllüdlü Ləman Yolçu qızı Şükürovaya 10-dan çox bıçaq xəsarəti yetirilib, qadın hadisə yerində dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Vəli Mətləb oğlu Şükürovdur. O, hadisədən sonra özünə də bıçaqla xəsarət yetirərək intihara cəhd edib.

V.Şükürov xəstəxanaya çatdırılıb, onun həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, ailənin 2 övladı var. L.Şükürova Yevlaxdakı orta məktəblərin birində xadimə işləyirmiş. V.Şükürovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO