Rusiyanın Ukraynanın Odessa şəhərindəki konsulu “persona non qrata” elan olunub.
Bizim.Media-nın məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya ABŞ-ın 10 diplomatını ölkədən çıxarır
Məlumatda bildirilib, rusiyalı diplomat aprelin 30-u günün sonunadək Ukrayna ərazisini tərk etməlidir.
“Bu Rusiya XİN-in aprelin 26-da ukraynalı diplomatı “persona non qrata” elan etməsinə cavabdır”-deyə məlumatda qeyd edilib.
Bizim.Media