4 güllə yarası alan Slovakiyanın baş nazirinin vəziyyəti necədir?

4 güllə yarası alan Slovakiyanın baş nazirinin vəziyyəti necədir?

Hazırda oxunan: 4 güllə yarası alan Slovakiyanın baş nazirinin vəziyyəti necədir?

192906

Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak sui-qəsdə məruz qalaraq güllələnən Baş nazir Robert Fitsonun həyatı üçün təhlükənin olmadığını bilidirib.

Bizim.Media xəbər verir ki, bu barədə İnterfaks agentliyi yazıb.

"Hamımız bir az sakitləşdik, onun həyatı təhlükədə deyil", - deyə o, əlavə edib.

Həkimlər də öz növbəsində siyasətçi üçün təhlükənin sovuşduğunu qeyd ediblər.

Fitsonun müalicəsi Banska Bıstritsadakı Ruzvelt xəstəxanasında davam edir, onun başqa klinikaya köçürülməsi planda yoxdur.

Xatırladaq ki, mayın 15-də Qandlova şəhərində 71 yaşlı kişi Fitsoya beş atəş açıb, dörd güllə baş nazirə dəyib. O, ilk cərrahiyyə əməliyyatını cümə axşamı gecəsi, digərini isə cümə günü keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO