Göyçayda 24 yaşlı oğlanı “tok” öldürdü

Göyçayda 24 yaşlı oğlanı “tok” öldürdü

Hazırda oxunan: Göyçayda 24 yaşlı oğlanı “tok” öldürdü

192900

Göyçayda 24 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb.

Belə ki, rayonun Müskürlü kənd sakini 2000-ci il təvəllüdlü İsmayılov İsmayıl Rafiq oğlu Potu kəndi ərazisində ağacdan alça yığarkən ehtiyyatsızlıqdan ağacın yaxınlığından keçən elektrik xəttinə toxunub.
Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO