5 aydan sonra meydana çıxan Mahir Emrelidən AÇIQLAMA

5 aydan sonra meydana çıxan Mahir Emrelidən AÇIQLAMA

Hazırda oxunan: 5 aydan sonra meydana çıxan Mahir Emrelidən AÇIQLAMA

192895

Beş aydan sonra meydana çıxmağım məni həyəcanlandırdı.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan milli komandasının və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun hücumçusu Mahir Emreli deyib.

26 yaşlı futbolçu şəxsi instaqram hesabında beş aylıq fasilədən sonra meydana çıxmağın sevindirici hal olduğunu bildirib:

"Uzun müddətdən sonra oyuna çıxıb, qələbə qazanmaq çox xoş duyğulardır. İnanılmaz dəstəyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, uzun müddət zədədən əziyyət çəkən M.Əmrəli Xorvatiya çempionatının XXXV turu çərçivəsində "Slaven Belupo" ilə matçın 46-cı dəqiqəsində meydana çıxıb. Görüş "Dinamo"nun qələbəsi (3:2) ilə başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO