AFFA-nın təşkil etdiyi AFFA Yüksək Qızlar Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.
Bizim.Media xəbər verir ki, sonuncu – 18-ci turda “İnter” (Xaçmaz) üzərində 14:0 hesablı qələbə qazanan “Neftçi” komandası yarışın qalibi olub.
“Sumqayıt” ikinci, “Baku Juniors” isə üçüncü yeri tutublar.
Oyundan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər də bəlli olub. “İnter”in futbolçusu Bədriyyə Mavludova mövsümün ən yaxşı oyunçusu, “Neftçi”nin üzvü Günay İsmayılova ən yaxşı qapıçısı seçilib. Mövsüm ərzində 77 qol vuran “Neftçi”nin oyunçusu Aysun Seydiyeva isə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.
THY Futbol Mərkəzində təşkil edilən mərasimdə mükafatları AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova və “Neftçi” klubunun baş icraçı direktoru Fərrux Mahmudov təqdim ediblər.
Təltifetmə zamanı çəkilən fotolar AFFA saytında yayımlanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:40 / 18.05.2024
AFFA Yüksək Qızlar Liqasının qalibi müəyyənləşdi - FOTO
Hazırda oxunan: AFFA Yüksək Qızlar Liqasının qalibi müəyyənləşdi - FOTO
Hazırda oxunan: AFFA Yüksək Qızlar Liqasının qalibi müəyyənləşdi - FOTO
192770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.