Bakı konsertində anasından danışan Mahsun Kırmızıgül KÖVRƏLDİ - VİDEO

Bakı konsertində anasından danışan Mahsun Kırmızıgül KÖVRƏLDİ - VİDEO

Hazırda oxunan: Bakı konsertində anasından danışan Mahsun Kırmızıgül KÖVRƏLDİ - VİDEO

192702

Ötən axşam türkiyəli müğənni Mahsun Kırmızıgülün Bakıda konserti baş tutub.

Bizim.Media xəbər verir ki, Konqres Mərkəzdə tamaşaçılarının və sevənlərin qarşısına çıxan sənətçi musiqi gecə boyunca hitlərini səsləndirib və səmimi söhbətlər edib.

“Annem” adlı mahnısını ifa edərkən kövrələn sənətçi anasının xəstə olduğunu söyləyib:

“Son bir ildir anam Altsheymer xəstəsidir. Gözlərini belə aça bilmir. Gəlmədən əvvəl yanına getdim, bəzən qulağına mahnılar oxuyuram, əlimi sıxır. Həqiqətən də, həyatda bəzi şeyləri geri gətirə bilməzsiniz. Buna görə də ailənizə, sevdiyinizə sarılın. Həyat çox qısadır”.
Qeyd edək ki, Mahsun Kırmızıgülün növbəti konserti bu gün Konqres Mərkəzdə keçiriləcək.

 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO