Atletika üzrə yay Azərbaycan çempionatı başlayıb - FOTO

Atletika üzrə yay Azərbaycan çempionatı başlayıb - FOTO

Hazırda oxunan: Atletika üzrə yay Azərbaycan çempionatı başlayıb - FOTO

192657

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Yay Azərbaycan çempionatına start verilib.

Bizim.Media xəbər verir ki, ADBTİA-nın stadionunda keçirilən ölkə çempionatında Bakı, Gəncə, Sumqayıt, Ordubad, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən 140-a yaxın atlet mübarizə aparır.

Qeyd edək ki, 2 gün davam edəcək Azərbaycan çempionatı Paris Yay Olimpiya Oyunlarına, həmçinin 7-12 iyun tarixlərində Romada təşkil olunacaq Avropa çempionatına lisenziya üçün reytinq xallarının toplanması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda 95-ci ölkə çempionatı İzmirdə keçiriləcək Balkan çempionatına seçim xarakteri daşıyır.

Qeyd: Milli komandamızın baş məşqçisi Hakim İbrahimov müsahibəsində Avropa çempionatında hələ ki, 2 atletimizin - Nazim Babayev və Anna Skidanın iştirakının dəqiqləşdiyini bildirib.

İlk yarış gününün qalibləri

100 metr məsafəyə qaçış

1. Aleksey Əliəkbərov

2. Murad Babazadə

3. Qədir Qurbanov

100 metr məsafəyə qaçış

1. Fəridə Rzayeva

2. Fatimə Həsənova

3. Safiya Kərimova

400 metr məsafəyə qaçış

1. Səid Səfərli

2. Novruz Əsədli

3. Nihat Tağıyev

400 metr məsafəyə qaçış

1. İlahə Quliyeva

2. Nurlana Adıgözəlova

3. Aksana Cəlilov

1500 metr məsafəyə qaçış

1. Bəxtiyar Əsgərli

2. Vahid Kərimov

3. İsgəndər Əsgərov

1500 metr məsafəyə qaçış

1. Zəhra Şirəliyeva

2. Fidan İslamova

3. Sevgi Yusifova

400 metr məsafəyə sədlərlə qaçış

1.Ləman İsfəndiyarova

Üç təkanla tullanma

1. Rüstəm Məmmədov

2. Cabir Əliyev

3. Rəvan Behbudov

Üç təkanla tullanma

1.Yekaterina Sarıyeva

Hündürlüyə tullanma

1.Yusif Abdullayev

2.Bülbül Babayev

Nüvə itələmə

1. İsmayıl Əliyev

2. Tofiq Məmmədov

3. Yusif Nəzərov

Nüvə itələmə

1. Səkinə Hacızadə

2. Günel Hüseynova

3. Aysel Rəhimli

Nizə atma

1. Elxan Berdiyev

2. Samir Bayramov

3. İbrahim Bəndərli

Nizə atma

1. Günel Hüseynova

2. Aysel Rəhimli

3. Aksana Cəlilov











Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO