Bakıda daha bir "Prius"un nömrəsini dəyişdiyi iddia edilib. Belə ki, sosial şəbəkədə video yayan sürücü bildirib ki, 77-OU-472 dövlət "Prius"un sürücü deydiyyat nişanını 77-CJ-472 nömrəsinə dəyişib.
Bizim.Media-nın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli "unikal.az"a açıqlamasında bildirib ki, sözügedən avtomobilin dövlət qeydiyyat nişanına hər hansı müdaxilə olunmayıb:
"Həmin "Toyota Prius" markalı maşının dövlət qeydiyyat nişanı həqiqətən də 77-CJ-472-dir.
Sadəcə yayılan videoda dövlət qeydiyyat nişanına müdaxilə olunduğu barədə təəssürat yaranır".
Bizim.Media