Şimal bölgəsində ən çox qar Qusar rayonu ərazisində yerləşən Şahdüzünə yağıb.
Bizim.Media-nın Quba Hidrometeorologiya Müəssisəsindən əldə etdiyi məlumata görə, bu dağ massivinə 12 sm-dən çox qar yağıb.
Burada havanın temperaturu isə -1 dərəcə təşkil edir. Qusarın Ləzə və Qubanın Xınalıq kəndlərinə 2 sm-ə yaxın qar yağıb və yağıntı hazırda davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu