Hibrid avtomobillər ödənişli yola buraxılmır? - RƏSMİ AÇIQLAMA – VİDEO  

Hibrid avtomobillər ödənişli yola buraxılmır? - RƏSMİ AÇIQLAMA – VİDEO  

Hazırda oxunan: Hibrid avtomobillər ödənişli yola buraxılmır? - RƏSMİ AÇIQLAMA – VİDEO  

192535

Sosial şəbəkələrdə hibrid avtomobillərin Bakı-Quba-Rusiya Federasiyası ödənişli yoluna buraxılmaması barədə iddialar yayılıb. Sosial şəbəkədə video paylaşan sürücü bildirib ki, yolun girişindəki elektron lövhədə "Hibrid giriş yoxdur" yazısı qeyd olunub. 

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı "unikal.az"a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, bu iddialar əsassızdır: 

"Orada "hibrid avtomobillər" sözü yazılmayıb. "Hibrid giriş yoxdur" yazılıb. Bu isə sisitemə aid olan məsələdir.  

Həmin zaman sistemdə yoxlamalar aparılıb. Bu səbəbdən sözügedən yazı lövhədə əks olunub. O lövhədə "Xoş gəldiniz, xoş getdiniz" və yaxud digər yazılar da yazıla bilər. 
Bir sözlə, hibrid avtomobillərin ödənişli yola buraxılması ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur və ola da bilməz", - deyə o qeyd edib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO