Oqtay Gülalıyeva baxan tibb işçilərinin maaşı verilmir? - QALMAQAL

Oqtay Gülalıyeva baxan tibb işçilərinin maaşı verilmir? - QALMAQAL

Hazırda oxunan: Oqtay Gülalıyeva baxan tibb işçilərinin maaşı verilmir? - QALMAQAL

19253

“Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ev şəraitində müalicəsinin təşkili üçün 3 tibb bacısı və 3 kiçik tibb bacısı təhkim olunub. Həmin tibb bacılarına 3 aydır ki, maaş verilməməsi barədə məlumat həqiqəti əks etdirmir”.

Bizim.Media xəbər verir ki, bu barədə TIBİB-dən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Oqtay Gülalıyev danışmağa başladı – Həyat yoldaşından AÇIQLAMA - ÖZƏL


Bildirilib ki, tibb bacılarının əmək haqları hər ay ödənilir.

“Oktay Gülalıyevin normal həyata geri dönə bilməsi və ayağa qalxması üçün həkimlərimiz əlindən gələni edir"- deyə məlumatda bildirilir.

Qeyd edək ki, hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev feysbuk sosial şəbəkəsində atasına baxan tibb işçilərinə üç aydır maaşlarının verilməməsini və bu səbəbdən müalicənin dayandırılması ilə bağlı paylaşım etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO