Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr – SİYAHI  

Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr – SİYAHI  

Hazırda oxunan: Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr – SİYAHI  

192510

Ötən il 89 nəfər Azərbaycan vətəndaşı Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirliklərində, Bəhreyn Krallığında, Qətərdə, İranda və İraqda cinsi istismara məruz qalıb. 

Bizim.Media xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrə illik məlumatında əksini tapıb. 

Qeyd edilib ki, insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 (-3) insan alveri qurbanının (90-ı qadın, 1-i kişi) hamısı Azərbaycan Respublikasının vətəndaşı olub. Onlardan 28-i Türkiyə Respublikasında, 28-i Rusiya Federasiyasında, 15-i Birləşmiş Ərəb Əmirliklərində, 10-u Bəhreyn Krallığında, 4-ü Qətər Dövlətində, 3-ü İran İslam Respublikasında, 1-i İraqda cinsi istismara, daha 2 nəfəri ölkə daxilində əmək istismarına məruz qalıb. 
Qurbanlardan 6-ı 18-25 yaş arası, 50-i 25-35 yaşlarında, 35 nəfəri 35-dən yuxarı yaş həddində, 24-ü paytaxt, 67-i respublikanın digər şəhər və rayonlarının sakini, habelə 74-ü 2016-2022-ci illərdə, 17-i isə 2023-cü ildə istismara məruz qalan şəxslər olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO