DİN Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO

DİN Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO

Hazırda oxunan: DİN Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO

192343

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt sakinləri Bədir Mürsəlov, Şəhriyar Əndəlifov və Mahir Abdullayev saxlanılıblar.

M.Abdullayevin idarə etdiyi "Toyota" markalı avtomobilə baxış zamanı 15 kiloqram marixuana, Bədir Mürsəlovun üzərindən isə metadon həbləri aşkarlanıb.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

Qeyd edək ki, Yardımlı RPŞ-nin əməkdaşlarının cari ilin ötən dövrü ərzində keçirdikləri əməliyyatlarla ümumilikdə 126 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO