Sürücü hərəkətin intensiv olduğu yolda atı maşının arxasına bağlayaraq aparır… Görüntülərin Bakı kəndlərindən birinə gedən yolda qeydə alındığı bildirilir…
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda heyvana əziyyət verən sürücü qınaq obyektinə çevrilib.
Bildirilib ki, yol hərəkəti təhlükəsizliyi üzrə mütəxəssis Arzu Babazadə deyir ki, qaydaları kobud şəkildə pozan sürücü bu əməli ilə digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, görüntülərdə əks olunan qayda pozuntusunun məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin heyvanlarla rəhmsiz rəftar edilməsi maddəsinə əsasən tənzimlənir.
Həmin sürücünün müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində tədbir görülür.
Daha ətraflı xezerxeber.az videomaterialında:
Bizim.Media