Taksi sürücülərinə qarşı reyd keçirildi - FOTO

Taksi sürücülərinə qarşı reyd keçirildi - FOTO

Hazırda oxunan: Taksi sürücülərinə qarşı reyd keçirildi - FOTO

192293

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın bir sıra ərazilərində taksi fəaliyyətilə məşğul olan sürücülərə qarşı reyd keçirilib.

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. 

Qeyd edilib ki, məqsəd sürücülərin müvafiq icazələr əsasında fəaliyyət göstərməyə cəlb edilməsi, eləcə də bu barədə maarifləndirilməsidir.

Belə ki, ümumilikdə 150-dən artıq sürücü ilə maarifləndirici söhbət aparılıb və onlara qanunvericiliyin tələbləri izah edilib. Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bir neçə taksi sürücüsü qanunamüvafiq qaydada cərimələnib.

Qeyd olunub ki, taksi minik avtomobilləri ilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır. İstehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz.
Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. 2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün avtomobillərin yaşı 8 ildən çox olmamalıdır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO