AFFA 4 kluba lisenziya vermədi – SİYAHI

AFFA 4 kluba lisenziya vermədi – SİYAHI

Hazırda oxunan: AFFA 4 kluba lisenziya vermədi – SİYAHI

192231

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasda 6 Premyer Liqa klubuna avrokuboklarda iştirak etmək üçün lisenziya verilib. 

Qərara alınıb ki, UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün “Qarabağ” FK, “Neftçi” PFK, “Sabah” FK, “Sumqayıt” FK, “Turan Tovuz” PFK İB və “Zirə” PFK-ya lisenziya verilsin. 

“Kəpəz”, “Qəbələ”, “Səbail” və “Araz-Naxçıvan”a isə lisenziya verilməyib. 

Həmçinin UEFA-nın qadınlar arasında Çempionlar Liqasında iştirak etmək üçün “Neftçi” PFK VƏ “Sumqayıt” FK-ya müsbət cavab verilib. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər. 
Cari mövsüm I Liqa və II Liqa yarışlarında, həmçinin AFFA Yüksək Qızlar Liqasında iştirak edən və ərizə ilə muraciət edən digər klubların ərizələrinə 27 may 2024-cü il tarixində baxılacaq və müvafiq qərarlar qəbul olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO