“Ən yaxşı təqdimat” qalibləri MÜKAFATLANDIRILDILAR - FOTO

“Ən yaxşı təqdimat” qalibləri MÜKAFATLANDIRILDILAR - FOTO

Hazırda oxunan: “Ən yaxşı təqdimat” qalibləri MÜKAFATLANDIRILDILAR - FOTO

192197

Bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev və Nazirliyin digər rəsmiləri, baş nazirin müavini Əli Əhmədov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin  (MÜTDA) rəsmiləri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər. 

Müsabiqəyə bütün regionlardan 2944 şagird qatılıb. Hər bir rayon və şəhərdən müəyyən olunmuş kvotaya əsasən 90 şagird komissiya tərəfindən qiymətləndirilərək ölkə mərhələsinə seçilib.


Ölkə mərhələsində iştirak hüququ qazanmış şagirdlərin onlara təqdim olunmuş 10 mövzudan 1-i üzrə çıxışları müsabiqə komissiyası tərəfindən dinlənilərək qiymətləndirilib, 34 nəfər müsabiqənin qalibi olub. Onlardan 7 nəfər 1-ci, 11 nəfər 2-ci, 16 nəfər isə 3-cü yerə layiq görülüb.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hər il ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil olunur:

“Müsabiqə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir”.

Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilib.





















Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO